Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) mərkəzi ofisinin etimadlı şəxsi Diyalə şəhərində şəhid ailələrini ziyarət edib. 30/5/2021 |
Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) mərkəzi ofisinin
etimadlı şəxsi Diyalə şəhərinin Qəvaniyyə və Mindili məntəqələrin də şəhid ailələrini
ziyarət edib. Şeyx Amir əl-Cənabi bildirdi ki, şəhid ailələrinin
ziyarəti daimi olaraq həyata keçirilir. Onlar öz övladlarını İraqın suverənliyi
uğrunda, müqəddəs məkanlarının müdafiəsi uğrunda şəhid vermişlər. Şeyx əl-Cənabi
çıxışı zamanı vəfa və yaxşılıq etməyi öyrətdikləri üçün şəhidlərin ailələrinə baş
çəkməyin və onların çətinlikləri ilə maraqlanmağın zərurətindən söhbət açdı. Şeyx əl-Cənabi bu ziyarətlərin daha da davamiyyətli
olacağını qeyd etdi.
|