Hörmətli Ayətullah əl üzma Mərcəi din əl Kəbir Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ), hörmətli Ayətullah əl üzma Mərcəi din əl Kəbir Seyyid Muhəmməd Səid əl-Həkiminin (Allah ruhunu şad etsin ) vəfatı ilə əlaqədar bəyanatı.

3/9/2021

(Biz Allahdanıq, və Ona tərəf qayıdacağıq ) İslam ümməti və xüsusi ilə Əhli-beyt (əleyhissəlam ) ardıcılları Ayətullah Seyyid Məhəmməd Səid əl-Həkimin bu fani dünyadan rəbbinə və babası Rəsulullah (s )-ın və anası xanım Zəhra (ə )-ın və atası İmam Əli (ə )-ın yanına köç etməsi xəbəri ilə çox məyus oldular. Həqiqətən Seyyid Muhəmməd Səid əl Həkimi (Allah ruhunu şad etsin ) yarım əsrdən çoxdur ki, babasının dininə xidmət etdi və babası İmam Əli (əleyhissəlam )-ın hövzəsində çoxlu alim yetişdirməyə müvəffəq oldu. Bu böyük itki ilə əlaqədar olaraq, Allahın vəlisi İmam Mehdi (ə.f )-ə və seyyidin şərəfli ailəsinə, alimlərə və bütün möminlərə başsağlığı veririk. Salam olsun doğulduğu günə, öldüyü günə və diriləcəyi günə. Allah ona bol mərhəmət bəxş etsin. Həqiqətən Allah eşidən və cavab verəndir. Güc və qüvvət sahibi yalnız Allahdır. Bəşir Hüseyn Nəcəfi