Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) səlahiyyətli nümayəndəsi Bəsrə şəhərinin Şafi məntəqəsində möminlərlə Ərbəin yürüşünə qatıldı.

Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) səlahiyyətli nümayəndəsi Bəsrə şəhərinin Şafi məntəqəsində möminlərlə Ərbəin yürüşünə qatıldı.

10/9/2021




Hörmətli Mərcəi təqlidin (kölgəsi davamlı olsun ) səlahiyyətli nümayəndəsi bildirdiki, Ərbəin ziyarətinin ünvanı islah, xeyir, əməkdaşlıq və bir çox ünvanlara şamil olur. Şeyx Əli Nəcəfi: Müqəddəs Ərbəin ziyarəti Əhli-Beyt (ə.s )-a olan mənsubiyyətdən başqa digər milli və coğrafi mənsubiyyətləri aradan aparır. Hörmətli Mərcəi təqlidin (kölgəsi davamlı olsun ) mərkəzi ofisinin müdürü və səlahiyyətli nümayəndəsi Şeyx Əli Nəcəfi Ərbəin ziyarətini diriltmək üçün Hüseyni yürüşdə iştirak edən möminlərlə danışarkən qeyd etdiki, Ərbəin ziyarəti bütün zamanlarda danışan söz və möhkəm bir bayraq olaraq qalacaq və bu müqəddəs şəair bütün dünyada olan möminlərin qəlbini bürüyəcək və bütün aləmdə öz növündə yeganə olaraq kəramət, şücaət və əməkdaşlıq mədrəsəsi olaraq qalacaq. Bunları Bəsrə şəhərinin Şafi məntəqəsində möminlərlə ərbəin yürüşündə iştirak edərkən söylədiyi mühazirə əsnasında qeyd etdi, və hörmətli Mərcəi təqlidin (kölgəsi davamlı olsun )-də salam, dua və ata nəsihət və göstərişlərini möminlərə çatdırdı. Hörmətli Şeyx Əli Nəcəfi əlavə edərək bildirdi ki, insaflı mediaya bu ziyarəti müasir dünyada ən böyük sivil yürüş olaraq müqabilsiz dünyanın hər bir cəmiyyətdən milyonlarla insanların iştirak etdiyi yürüşdə xidmətləri bütün dünyaya yaymaları vacibdir. Bu mübarək ziyarət Əhli-Beyt (ə.s ) məzhəbinin müqabilində bütün coğrafi və milli mənsubiyyəti aradan aparıb.