Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) mərkəzi ofisinin etimadlı şəxsi Vasit şəhərində mərhum Seyid əl-Həkiminin (Allah ruhunu şad etsin ) ruhuna təşkil olunmuş fatihə məclisinə qatıldı. 11/9/2021 |
Hörmətli Mərcəi təqlidin
(kölgəsi davamlı olsun ) mərkəzi ofisinin etimadlı şəxsi Vasit şəhərinin
Numaniyyə məntəqəsində mərhum mərcəi təqlid Ayətullah əl üzma Seyid Muhəmməd Səid
əl-Həkiminin (Allah ruhunu şad etsin ) ruhuna təşkil olunmuş fatihə məclisində
mübarək fatihə surəsini oxumaq üçün iştirak etdi.
Seyid Haşim əl-Yasiri
fatihə məclisində iştirakı zamanı qeyd etdiki, mərhum Seyid əl-Həkimi (Allah
ruhunu şad etsin ) təqva və nəfsi pəhrizkarlığın simvolu idi. O, kəramətli
babalarının (ə.s )-ın yolunu gedərək ümmətə bütün öyüd və nəsihətlərini verdi, Əzəmətli
islam və şərafətli məzhəbdə hikmət və təqvada bir simvola çevrilmişdir.
Əl-Yasiri: İmam
Mehdi (ə.f )-ə və əzəmətli mərcəi təqlidlərə və möminlərə Ayətullah əl-üzma
Seyid Muhəmməd Səid əl-Həkiminin vəfatı münasibətilə baş sağlığı diləklərini
bildirdi.
|