Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) mərkəzi ofisinin nümayəndəsi Ziqar şəhərində İslam şəhidi Zeyd bin Əli (ə.s )-ın cihad mövqelərini xatırlatdı.

Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) mərkəzi ofisinin nümayəndəsi Ziqar şəhərində İslam şəhidi Zeyd bin Əli (ə.s )-ın cihad mövqelərini xatırlatdı.

10/9/2021




Hörmətli Mərcəi təqlidin (kölgəsi davamlı olsun ) ofisinin nümayəndəsi Ziqar (Nasiriyyə ) şəhərində Zeyd bin Əli (ə.s )-ın cihad mövqelərini və əzəmətli islam uğrunda verdikləri uca qurbanları xatırlatdı. Şeyx Rəhim Mənxi əl-İbadi özünün dini mühazirəsində İmam Zeynul Abidin (ə.s )-ın oğlu igidlər sülaləsi, peyğəmbərlik evi, risalət mənbəyi və vəhy evinin verdiyi qurbanlarının əzəmətindən danışdı. Tarix onu özünün böyük əbədi səhifələrinə əzəmətli, mücahid, səbr edən qeyd etdi, islamı qorumaq və səsini ucaltmaq üçün ölümdən qorxmadı və dünyaya əhəmiyyət verməyərək özünü qurban verdi. Əl-İbadi bu ağır faciəni yad etməklə  öz təziyə diləklərini İmam Mehdi (ə.f )-ə və mərcəi təqlidlərə və möminlərə çatdırdı.