Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) səlahiyyətli nümayəndəsi möminlərlə Bəsrə şəhərində əza məclisində iştirak etdi.

Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) səlahiyyətli nümayəndəsi möminlərlə Bəsrə şəhərində əza məclisində iştirak etdi.

10/9/2021




Şeyx Əli Nəcəfi: Şəairul hüseyniyyə və hüseyni minbər şiə cəmiyyətinin qüvvət mənbəyi olaraq davam edir. Hörmətli Mərcəi təqlidin (kölgəsi davamlı olsun ) mərkəzi ofisinin müdürü və səlahiyyətli nümayəndəsi Şeyx Əli Nəcəfi İmam Hüseyn (ə.s )-ın ərbəin yürüyüşündə Bəsrə əl-Feyha şəhərində Ğərib-Tus hüseyniyəsində möminlərin İmam Hüseyn (ə.s )-a təşkil etdikləri əza məclisinə qatıldı. Şeyx Nəcəfi möminlərə hörmətli mərcəi təqlidin (kölgəsi davamlı olsun ) salam və dualarını və ümumi olaraq dinin şüarlarını və xüsusilə Şəairul Hüseyniyyəni qoruyub saxlamaq üçün nəsihət və göstərişlərini çatdırdı. Bu ziyarət fərdi və cəmiyyəti islah etməkdə və düzgün gündəlik həyat tərzinə sarı yönəlməkdə xəta və mənfi işləri tərk etmək üçün böyük bir fürsət olduğunu qeyd etdi. Şeyx Nəcəfi möminlərə bildirdiki, şəairul hüseyniyyə və hüseyni minbər şiə cəmiyyətinin qüvvət mənbəyi olaraq qalır, hər bir yönümdə igidlər, haqqa səsləyənlər, din və cəmiyyətin məsuliyyətinə səbr edən igidlər yetişdirib, onların bariz nümunələri Həşdi Şəbinin igidləri və mücahidləridir ki, terror İŞİD qüvvələrinə qarşı mübarizədə İraq şəhərlərini böyük bir qələbə ilə azad etdilər.