Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun ) Bəsrə şəhərinin Əl-Fəv məntəqəsindən gələn heyəti qəbul etdi. 7/11/2021 |
Bəsrə şəhərinə
tabe olan Əl-Fəv məntəqəsinin cəmiyyət və övladlarından ibarət bir heyət, Hörmətli
Mərcəi təqlidin (kölgəsi davamlı olsun ) mərkəzi ofisini ziyarət etdi. Görüşdə
iştirak edənlər hörmətli Mərcəi təqlidin (kölgəsi davamlı olsun ) öyüd və nəsihətlərini
dinlədilər. Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı
olsun ) hamının gündəlik həyatında etməli
olduğu işlər barədə öz tövsiyələrini etdi.
Hörmətli Mərcəi təqlid (kölgəsi davamlı olsun ) Əhli-Beyt (ə.s )-la təmsil olunan haqq əqidədən möhkəm
yapışmağı, Onların yolu və xətti ilə getməyi, Əhli-Beyt (ə.s )-ın münasibət günlərini
qeyd etməyi və Onların əbədi məktəbinin prinsiplərini yaymağı təkid etdi.
Hörmətli
Mərcəi təqlid (kölgəsi davamlı olsun ) insanın özünü mühasibə etməsinin və
günahlardan paklanmasının əhəmiyyətinə təkid edərək bildirdi ki, insan gərək
özünü gecə və gündüz hesaba çəksin və istiğfar etməyi çoxaltsın. Ayətullah əl
üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun ) hamı üçün dua edərək
sağlamlıq və əmin-amanlıq dilədi.
Heyət öz növbəsində
hörmətli Mərcəi təqlidin (kölgəsi davamlı olsun ) nəsihətlərini qiymətləndirdi.
Və mübarək vaxtından ayırdığı üçün ona öz təşəkkür və minnətdarlığlarını
bildirdilər.
|