Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun ) Əbul-fəzl Abbas (ə.s )-ın hərəminə tabe olan Darul-elm mədrəsəsinin nümayəndə heyətini qəbul etdi. 31/3/2022 |
Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfini (kölgəsi
davamlı olsun ) Əbul-fəzl Abbas (ə.s )-ın hərəminə tabe olan Darul-elm mədrəsəsinin
nümayəndə heyəti ziyarət etdi. Hörmətli Mərcəi təqlid (kölgəsi davamlı olsun )
öz nəsihəti əsnasında elmin əhəmiyyətindən və elmi mərkəzin (elmi hövzənin )
dini elmlərdə olan rolunu bəyan etdi. İşarə edərək bildirdiki, elmi mərkəz, hövzə, islam aləmi üçün çoxlu alimlər yetişdirib həmən
alimlər hövzənin elmindən bəhrələniblər, və Nəcəf Əşrəf şəhərinin əhəmiyyət və
fəzilətini bəyan edərək bildirdiki bu şəhər müxtəlif dövlətlərdən çoxlu elm tələbələrini
ağuşuna alaraq bu hövzənin elmindən fayda verir, Bundan əlavə olaraq
Əmiral-mominin (ə.s ) müqəddəs ziyarətgahının olması ilə bu şəhərin fəzilət və müqəddəsliyi
vardır. Əlavə edərək qeyd etdi ki, elmin ləzzəti çalışmaq,
yorğunluq və davamlı axtarış və məlumatı başa düşmək və dərk etmək üçün
çalışmaq və bu elmdən ələ gətirdiklərinin qiymətini bildikdən sonra əldə olunur
və buda tələbədən başa düşmək və elmi sevmək və davamlı və müraciət etmək tələb
edir. Bu hövzədə tələbənin yetişməsi üçün gərək Peyğəmbəri əkrəmin
və Əhli-Beytinin (ə.s ) əxlaq və fəzilət və sifətləri barədə düşüncələrini yaymağa
sövq etdirir. Heyət öz növbəsində, Əmiral-mominin (ə.s ) ziyarətgahını
ziyarət etdikdən sonra Mərcəi təqlidin nəsihətlərindən bəhrələnmənin əhəmiyyətini
təkidlə qeyd edərək hörmətli Mərcəi təqlid üçün Allahdan sağlamlıq və afiyət
dilədilər.
|