Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) nümayəndəsi Divaniyyə şəhərində Əmirəl-möminin (ə.s ) mövludu münasibəti ilə əlaqədar bayram tədbirində iştirak etdi. 13/2/2022 |
Şeyx
Əli Nəcəfi: Əmirəl-möminin (ə.s ) bütün şəxsiyyətlər və kişilərin içində təsirli və
sayılıb seçilən bir nümunəvi idir. Nəcəfi:
Bu cür dünyaya gəlmə Əmirəl-möminin (ə.s ) üçün bir fəzilətdir onda heç bir şəxs şərik
deyil, baxmayaraqki düşmənlər onun (Kəbədə dünyaya göz açmağın ) şənini
azaltmağa çalışdılar lakin onlar uğursuz və ümüdsüz oldular. Nəcəfi:
Cavanlarımız bu gün güc və bəxşiş mənbəyidir, onlara həqiqi nailiyyətləri əldə
etmək üçün Əmirəl-möminini (ə.s ) özlərinə öndər götürmələri vacibdir. Ayətullah
əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) nümayəndəsi və mərkəzi
ofisinin müdürü Şeyx Əli Nəcəfi Divaniyyə şəhərində Gənclər forumunun Ruhəma
komandasının Əmirəl-möminin (ə.s ) mövludu münasibəti ilə əlaqədar təşkil etdikləri
tədbirdə iştirak etdi. Tədbirdə
Şeyx Nəcəfi mühazirəsi zamanı bəyan etdi ki, həqiqətən Əmirəl-möminin (ə.s ) bütün
şəxsiyyətlər və kişilərin içində təsirli və sayılıb seçilən bir nümunəvi idir,
Artıq Allahu təala Onu (ə.s ) müqəddəs Kəbədə mübarək dünyaya göz açması və əzəmətli
Kufə məscidinin namaz mehrabında şəhadəti ilə seçdi və Əmirəl-möminin (ə.s )
Allahu təalanı və Onun Peyğəmbərini (s.ə.v.s ) həqiqi tanıyırdı. Hörmətli
Şeyx işarə etdi ki, həqiqətən bu cür dünyaya göz açmaq Əmirəl-möminin (ə.s ) üçün
bir fəzilətdir heç bir şəxs onda şərik deyil, baxmayaraqki həqiqətən din düşmənləri
onun (Kəbədə göz açmağın fəzilətli olmasını ) şənini alçaltmaq üçün müxtəlif
yollarla çalışdılar və səy göstərdilər lakin onlar uğursuz və ümüdsüz çünki o
(Kəbədə dünyaya göz açmaq ) fəzilətdir və onu Allahu təala Əmirəl-mömininə (ə.s ) bəxş
edib. Hörmətli
Şeyx Əli əlavə edərək qeyd etdi ki həqiqətən Əmirəl-möminini (ə.s ) tanımaq və
Onun (ə.s ) yoluna və vilayətinə təməssük etmək böyük İlahi bir nemətdir, bizə
Onun (ə.s ) yolu ilə getmək, əxlaqı ilə əxlaqlanmaq, hidayəti ilə hidayətlənmək və ədaləti
ilə ədalətlənməklə bu nemətə şükür etmək vacibdir. Əlavə
edərək qeyd etdi, Cavanlarımız bu gün güc qüvvət mənbəyidir onlara həqiqi şiə
kimliyini, səadəti, İlahi razılığı və həqiqi nailiyyətləri əldə etmək üçün Əmirəl-möminini
(ə.s ) özlərinə örnək götürmək vacibdir. Hörmətli
Şeyx təkid edərək bildirdiki həqiqətən hər bir şəxs öz valideyinlərinə məhəbbət,
ehtiram və sevgi bəsləməlidir, çünki onlar xeyir, bərəkət və amanlıq mənbəyidir,
onlar ailə və övladlara plandır, valideynlərə yaxşılıq və ehtiram göstərmək
vacibdir.
|