Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun ) Qasim əl-Əta müəssisəsini qəbul edərkən: Ünveristetdə Cavanlara gözəl əxlaqa mültəzim olmaq və haram işlərdən çəkinmək lazımdır. 11/2/2022 |
Din və fəzilətli əxlaqdan
uzaq durmaq, cavanları zəiflik, xaos və öyrənməkdən həqiqi hədəfi həyata keçirməməyə
çəkir..
Ayətullah əl üzma
Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun ) Qasim əl-Əta müəssisəsindən
hörmətli mərcəi təqlidin ata nəsihəti və
göstərişlərinə qulaq asmaq üçün gəlmiş nümayəndə heyətini qəbul etdi, hörmətli
Mərcəi təqlid bəyan etdiki möminə dininə diqqət etmək və təqvanın mərtəbələrinə
yüksəlmək lazımdır, çünki təqva əməllərin qəbulunda, əxlaqı qorumaqda və
haramlardan uzaq olmaq üçün əsasdır. Hörmətli Mərcəi təqlid
təkid etdi ki, gərək möminlər həmişə əməllərini Allahu təalaya yaxınlaşmaq niyyəti
ilə etməsi lazımdır, çünki bütün əməlin əsasıdır, hörmətli Mərcəi təqlid işarə
etdiki bizim bütün əməllərimizdə təqva əhəmiyyətlidir, çünki təqva qəbulun
meyarıdır, və təqvanın ilk addımı gündəlik özünü yatmamışdan öncə hesaba çəkmək
və bütün əməllər və sözlərin kiçik və böyüyünün üzərində durmaq, və düzgününü xətasından
ayırmaq, və bütün xətalara görə tövbə etmək və onları tərk və düzəltmək üçün qəsd
etmək lazımdır. Hörmətli Mərcəi təqlid
təkidlə qeyd etdi ki, cavanlara ünveristetdə gözəl əxlaqa və dinə mültəzim
olmaq və haramlardan çəkinmək lazımdır, çünki gözəl əxlaqdan və dindən uzaq
durmaq cavanları zəiflik və xaosa və öyrənmək və dərs oxumaqda olan həqiqi hədəfi
həyata keçirməkdən uzağa çəkir, şiddətli şəkildə qeyd etdi ki, elm öyrənməkdə və
dərs almaqda hədəf Allahu təalaya yaxınlaşmaq və Onun razılığını həyata keçirmək
olmalıdır. Hörmətli Mərcəi təqlid
(kölgəsi davamlı olsun ) təkidlə qeyd etdi ki, möminlər gərək başqalarına söz və
əməllə pislik etməsinlər, və dünyadan gözəl əməl etmək üçün və xətalardan kəffarə
olaraq istifadə etməlidir və qiyamət günü qüvvət və cənnətə daxil olma nailiyyətini
qazandırmaq üçün olan hər bir gözəl əmələ diqqət etməlidir.
|