Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) nümayəndəsi İmam Hadi (ə.s )-ın şəhadətinin il dönümünü qeyd etmə mərasimdə iştirak etdi.

Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) nümayəndəsi İmam Hadi (ə.s )-ın şəhadətinin il dönümünü qeyd etmə mərasimdə iştirak etdi.

3/2/2022




Hörmətli Şeyx Əli Nəcəfi: Bu şəair böyük nemətdir, və onu ayaqda saxlamaqda diqqətli olmaqla və böyük bir formada təşkil etmək üçün iştirak etməklə Allahu təalaya şükür etmək bizə vacibdir. Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) nümayəndəsi və mərkəzi ofisinin müdürü Şeyx Əli Nəcəfi İmam Əli Hadi (ə.s )-ın şəhadətinin il dönümündə şəairi diniyyəni ayaqda saxlamaq üçün təşkil olunmuş mərasimdə möminlərlə iştirak etdi və Samirra şəhərində ziyarətçilərə və əza heyətlərinə xidmətdə iştirak etdi. Nəcəfi, ziyarətə gəlmiş əza saxlayanlara və heyət sahiblərinə Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) salam və bu hüzünlü, ürək ağrıdan il dönümdə öz təziyə diləklərini bütün möminlərə çatdırdı, və təkidlə qeyd etdi ki, Əhli-Beyt (ə.s )-ın imamlarının şəhadət və viladətlərini qeyd etmək şəair diniyyənin ayaqda saxlamağın ayrılmayan bir hissəsi və doğru dini və əxlaqı əyaqda saxlamaqdır, hörmətli Şeyx işarə edərək qeyd etdi həqiqətən bu ziyarətlər, məclislər və şəairlər böyük nemətdir, onları ayaqda saxlamağa diqqət göstərməklə və onları həyata keçirmək üçün böyük dərəcədə çalışmaqla Allahu təala şükür etmək bizə vacibdir. Və o ictimaiyyəti əxlaqi, fikri və dini çətinliklərdən xilas etmək üçün, islah və paklaşdırmaq və düzgün yola yönəltməkdə mühüm bir vasitədir.