Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun ) İranın həcc və ümrə təşkilatının sədrini və onunla gəlmiş nümayəndə heyətini qəbul etdi. 20/3/2022 ![]() |
Ayətullah
əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun ) İranın həcc və ümrə təşkilatının
rəhbəri və İranda islam inqilabının mürşidnin həcc işləri üzrə nümayəndəsi
Seyid Hüccətül islam Əbdulfəttah Nəvvab ilə birlikdə gəlmiş təşkilatda yüksək səviyyəli
məsul şəxslərlərdən ibarət heyəti qəbul etdi.
Hörmətli
Şeyx İraq və İran İslam cümhuriyyətlərində olan müqəddəs ziyarətgahlarına gəlmiş
zəvvarlara xidmət göstərməyin özünə məxsus yerini və uca məqamının olmasını bəyan
etdi.
Buna
hörmətli Mərcəi təqlid (kölgəsi davamlı olsun ) işarə edərək qeyd etdi ki, müqəddəs
Kərbəla və Nəcəf Əşrəfin islamda özünə məxsus dini mövqeyi, böyüklüyü və əzəmətliyi
vardır, və buradan hörmətli Şeyx (kölgəsi davamlı olsun ) müqəddəslərin özünə məxsus
mövqeyindən və əhəmiyyətindən söhbət açdı.
Heyət
öz növbəsində əvvəlcədən hörmətli Mərcəi təqlidə (kölgəsi davamlı olsun ) öz
mübarək vaxtından ayırdığı üçün və verdiyi məsləhətlərə görə təşəkkür və minnətdarlıqlarını
bildirdikdən sonra hər iki ölkə arasında yüksək səviyyəli əlaqələrin olmasının əhəmiyyətini
qeyd etdilər.
|