Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) nümayəndəsi Vasit şəhərində bir neçə Tayfalarla görüşüb. 23/3/2022 |
Şeyx Əli Nəcəfi: Nəcəf əl-Əşrəf əsl muhəmmədi islam
dinini və dünyada şiəçilik gücünü təmsil edir və onun paytaxtıdır. Şeyx Əli Nəcəfi: İraqlı əşirələrimiz əsl xüsusiyyətlərə
malikdir, ictimaiyyətin qəlbində qalması üçün övladların qəlblərində onu əkməyə
hərisdilər. Nəcəfi: İraq kimliyi və kökü min illiklərə qayıdır və zəriflik
və eksklüzivlik ilə xarakterizə olunur. Şeyx Əli Nəcəfi: Cavanları, vətəni islah və yenidən
qurmaq üçün elm öyrənməyə və elmi öyrənmək üçün yüksək səviyyədə cəhd göstərməyə
şövq etdirmək vacibdir. Ayətullah
əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) nümayəndəsi və mərkəzi
ofisinin müdürü Şeyx Əli Nəcəfi Vasit şəhərinin müxtəlif bölgələrində bir neçə əsl
İraq əşirələrini ziyarət etdi, və həmən bölgələrdə olan Hörmətli Mərcəi təqlid
Nəcəfinin (kölgəsi davamlı olsun ) nümayəndələri, əşirə şeyxləri və şəxsiyyətləri
və bir dəstə möminlərlə görüşdü. Hörmətli
Şeyx əlavə etdiki həqiqətən əsl muhəmmədi islam dini ərəb qəbilələrin malik
olduğu bəzi sifət və xüsusiyyətlərini təkid edir onlardan şücaət, qonşuluq, kərəm,
əmanət və düzlük.. və başqaları, bu gün iraqlı əşirələrimiz həmən xüsusiyyətlərə
malik və onları cəmiyyətdə saxlamaq üçün övladlarının qəlbində əkmək və divanlar
vasitəsi ilə öyrədirlər. Hörmətli
Şeyx Nəcəfi vətənin kimliyini və övladları vətənin xüsusiyyətləri ilə tərbiyyətləndirmək
və ondan möhkəm yapışmaq və müdafiə etməyi öyrətməyin əhəmiyyətini təkidlə qeyd
etdi, və işarə edərək qeyd etdi ki, həqiqətən bütün dövlətlər və xalqların
kimliyi vardır ona inanıb müdafiə edirlər, izah etdi ki, həqiqətən İraqın kimliyi və kökü min illiklərə
qayıdır və zəriflik və eksklüzivlik ilə xarakterizə olunur və o ataların, elm, ədəb,
fəqahət, Əhli-Beyt (ə.s ) imamlarının, peyğəmbərlər (ə.s ) və saleh şəxslərin və İmam
Mehdi (Canımız Onun ayağının tozuna fəda olsun ) əli ilə qurulacaq birinci və
axrıncı ədalətli dövlətin paytaxtı olan vətəndir. Necə
ki, hörmətli Şeyx təkidlə qeyd etdi ki, həqiqətən İraq öz sərvəti, təbiəti və
xeyriyyəsi ilə seçilən bir ölkədir və bunun yanındada həqiqətən İraq xalqı öz
zehni və fikri gücü ilə seçilirlər, cavanları, vətəni islah və yenidən qurmaq
üçün elm öyrənməyə və elmi öyrənmək üçün yüksək səviyyədə cəhd göstərməyə şövq
etdirmək vacibdir.
|