Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun ) İraqdakı Pakistan səfirinin müavini qəbul etdi. 26/5/2022 |
Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi
(kölgəsi davamlı olsun ) İraqdakı Pakistan səfirinin müavini Cənab Mehdi Əbbası
və onunla gəlmiş nümayəndə heyətini qəbul etdi. Görüş zamanı İraq-Pakistan əlaqələrinin iki
xalqın mənafeyi naminə bütün səviyyələrdə gücləndirilməsinin vacibliyi müzakirə
edilib.
Hörmətli Mərcəi təqlid İraqdakı Pakistan
icmasına, xüsusən də dini elmlər tələbələrinə və müqəddəs ziyarətgahları ziyarət
edənlərə şərait yaratmağa çağırıb. Nümayəndə heyəti görüşmək üçün vaxt ayırıb məsləhət
və ata nəsihətinə görə Mərcəi təqlidə (kölgəsi davamlı olsun ) öz təşəkkürünü və
minnətdarlığını bildirib, hamının xidmətində bütün istiqamətlərə əməl etməyə
hazır olduqlarını vurğulayıb.
|