Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) mərkəzi ofisinin Ayətullah Seyid Muhəmməd Əli əl-Ələvi Qurqaninin vəfatı münasibətilə baş sağlığı bəyanatı

Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) mərkəzi ofisinin Ayətullah Seyid Muhəmməd Əli əl-Ələvi Qurqaninin vəfatı münasibətilə baş sağlığı bəyanatı

14/3/2022




Tarix:12 Şaban 1443 hicri -15 3 2022 miladi. Bismillahir rəhmanir rəhim. Varlıq aləminin həqiqi mülkiyyəti və hakimiyyəti (qüdrət ) əlində olan Allah müqəddəsdir, ucadır və çox xeyir-bərəkətlidir (çünki kainatın yaradılışı, qorunması və idarə olunması Onun iradəsinə bağlıdır ) və O hər şeyə qadirdir. Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı (siz insanlar üçün ) yaradan Odur. O, yenilməz qüdrət sahibi və bağışlayandır. Allahın salam və salavatı ilahi elçilərin seyidi Muhəmməd ibn Abdullaha və onun Əhli beytinə olsun. Allahın lənəti qiyamət gününə qədər onlarla düşmən olanların üzərinə olsun. Və daha sonra, Həqiqətən biz Allahdanıq və ona tərəf qayıdacağıq. Biz və pak nəfs sahibi olanlar Ayətullah əl üzma Seyid Muhəmməd Əli Ələvi Qurqaninin vəfat xəbəri ilə məyus olduq. O, ömrünü öz cəddinin  dininə xidmət də, möminlərin və Qum elmiyyə hövzəsində xidmət etməklə keçirtdi. Allahdan istəyirik onu anası Xanım Zəhra (ə )-a və babası peyğəmbər (s )-ə və məsum imamlara  qonşu olsun. Allahın vəlisi İmam Mehdi (ə.f )-ə və möminlərə və ailəsinə və tələbələrinə baş sağlığı  veririk. Allahdan onlara dözüm və səbr arzu edirik. Güc və qüvvət sahibi yalnız Allahdır.