Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun ) Misan şəhərindən müqəddəs ziyarətgahlara könüllü olaraq gəlmiş nümayəndə heyətini qəbul etdi. 12/6/2022 |
Həsəd Allah Təalaya həqiqi imanın olmamasının nəticəsidir.Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı
olsun ) Misan şəhərinin övladlarından müqəddəs ziyarətgahlara xidmət etmək üçün
gəlmiş könüllü dəstə ata vəsiyyət və nəsihətlərini dinləmək üçün gəlmiş heyəti
qəbul etdi və Allahu təalanın bu bu ayəsində (Sizə bir mənfəət yetişəndə onlar
qəmgin olur, sizə bir zərər toxunanda isə ona sevinirlər. Əgər səbr edib
özünüzü qorusanız (Allahdan qorxsanız ), onların hiyləsi sizə heç bir zərər
yetirməz. Şübhəsiz ki, Allah onların nə etdiklərini biləndir ) olan əxlaqi və tərbiyəvi
nöqtələri bəyan etdi, bəyan edərək qeyd etdi ki ictimaiyyətdə bir dəstə varki əgər
möminlər yaxşı iş görməsələr pis olarlar və həmçinin əksidə düzgündür. Əlavə edərək
bildirdiki dünya və axirətdə nicat tapmaq və feyzə yetişmək və Allah ilə
birlikdə olmaq üçün gərək insanın səbrli və təqvalı olması vacibdir.Hörmətli Mərcəi təqlid (kölgəsi davamlı olsun ) əlavə etdi
ki, həqiqətən həsəd Allah Təalaya həqiqi imanın olmamasının nəticəsidir, elə
bil ki həsəd aparan şəxs Allahu təalanın ona verilən nemətlərinə razı deyil və
Onun insanlar arasında bölgüsünə etiraz edir, və o başqalarında olan nemətin
aradan getməsini arzu edir və o çalışır və arzu edir ki başqalarından nemət çəkilsin.Hörmətli Mərcəi təqlid (kölgəsi davamlı olsun ) əlavə
etdiki, həqiqətən Peyğəmbər (s.ə.v.s ) öz övladı İmam Hüseyn (ə.s )-ı islama xatir qurban
verdi və bizim həyata baxışımızın belə olması vacibdir və bizim qurbanlarımız
malımız və övladlarımız əsl muhəmmədi islama xatir olmalıdır.
|