Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun ) Pakistan alimlərindən ibarət nümayəndə heyətini və Şiə məktəbləri federasiyasının katibini qəbul edir və praktiki hesabatın vacibliyini vurğulayır. 30/6/2022 |
Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi
(kölgəsi davamlı olsun ) Nəcəf Əşrəf şəhərində ki, müqəddəs ofisində Şiə Məktəbləri
Federasiyasının baş katibi və Pəncabdakı Birləşmiş Alimlər Şurasının üzvü Əllamə
Əfzəl Heydari də daxil olmaqla, Pakistandakı dini məktəblərin və
seminariyalarının və onun müqəddəs Qumdakı filiallarının bir sıra alimlərini qəbul
edib. Pakistanda İmam Mehdi Məktəbinin ustadlarını, o cümlədən məktəblər üçün
Baş Nəzarətçi: Murid Hüseyn Əl-Nəqvi, İran İslam Respublikasının Qum Əl-Müqəddəs
şəhərindəki Əl-İmam Əl-Müntəzər məktəbinin direktoru, Cənab Muhəmməd Həsən Əl-Nəqvi,
Əl-Mufid Universitetinin Məktəbinin direktoru Şeyx İcaz Hüseyn Əl-Şəkri və Əl-Kövsər
Universitetinin professoru Şeyx Zəfər Abbas Şahani.
Hörmətli Mərcəi təqlid (kölgəsi davamlı olsun ) əməli
təbliğat şifahi təbliğdən daha vacib olduğunu və əməli təbliğat şifahi təbliğdən
üstün olmasının vacibliyinə diqqət çəkdi. Bildirdiki həqiqətən Peyğəmbər Əzəm
(s.ə.v.s ) qırx il əməli təbliğat və iyirmi üç il isə həm əməli həmdə şəfəvi təbliğat
etdi və beləliklə həqiqətən əməli təbliğatı altmış üç il etdi və bununlada bu
günki bütün dövlətlərdən, (La ilahə illəllah Muhəmmədən rasulullah ) səsinin əks-səda
doğurduğuna şahidlik edirik.
Hörmətli Mərcəi təqlid (kölgəsi davamlı olsun ) əlavə
edərək qeyd etdi ki, həqiqətən alimlərin vəzifələrindən biri gözəl tələbələr
yetişdirib Əhli-Beyt (ə.s )-ın elmini bütün dünyada yaymaqdır, və hamı üçün tofiq
və uğur dilədi.
Digər tərəfdən də, ziyarətə gələn alimlər hörmətli
Mərcəi təqlidin (kölgəsi davamlı olsun ) xidmətində təhsil və təbliğat sahəsindəki
səylərini təsvir etdilər.
|