Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) numayəndəsi, hörmətli əllamə Seyid Mehdi Xirsanın mükafatlandırması üçün keçirilən “Uməna ər-Rəsul” festifalında iştirak edib. 18/10/2022 |
Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi
davamlı olsun ) nümayəndəsi və onun Nəcəful-Əşrəfdəki mərkəzi ofisinin müdiri
Hörmətli Şeyx Əli Nəcəfi imam Əlinin (ə.s ) müqəddəs hərəmində keçirilən böyük əllamə
Seyid Muhəmməd Mehdi Xirsanın Uməna ər-Rəsul mükafatlandırma
festifalında iştirak ediblər.
Hörmətli Şeyx Əli Nəcəfi müsahibəsində dedi ki, Elmi Hövzə tarix boyu İslam ümmətində həqiqi iz qoymuş
böyük fəqihlər, təhqiq edənlər və yazıçılar təqdim etmişdir.
Və davam edərək dedi: “Hörmətli Ayətullah, muhəqqiq Seyid
Mehdi Xirsan bu sahədə mühüm sütunlardan biridir, ona görə də ümid edirik ki,
Allah-taala alimlərin səylərini qəbul edər, bu lütfkar qurumun daha diqqətli şəkildə
xidmətini davam etdirməsinə şərait yaradar və gözlənilən İmamın (ə.f ) himayəsi
altında alimlərin əsərlərini nəşr etdirər.
Hörmətli Şeyx Əli Nəcəfi əlavə etdi ki: Seyid Muhəmməd
Mehdi Xirsan Nəcəful-Əşrəfdə Hövzənin ən görkəmli alimlərindən biridir. O
düşüncə üçün böyük əsərlər təqdim etmiş və onun yüksək mənəviyyatının ucalığı
ilə yetişmiş tələbələri yetişdirmişdir.
|