Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun ) Dini Elmlər üzrə İmam Mehdi (ə.f ) Universitetinin tələbələrinə bir sıra tövsiyə və göstərişlər verib.

Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun ) Dini Elmlər üzrə İmam Mehdi (ə.f ) Universitetinin tələbələrinə bir sıra tövsiyə və göstərişlər verib.

5/11/2022




Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun ) Dini Elmlər üzrə İmam Məhdi (ə.f ) Universitetinin tələbələrindən ibarət nümayəndə heyəti ilə söhbətində Peyğəmbərin (s.ə.v.s ) ailə məktəbinin prinsiplərinin və İslamın həqiqi təlimlərinin yayılmasında din xadiminin rolunu vurğuladı. Nəcəful-Əşrəfin dini seminariyaların anası olduğunu bildirərək, dünyanın müxtəlif bölgələrində İslam bayrağını ucaldan, Əhli-Beyt (ə.s ) metodologiyasını yayan alim və mütəfəkkirləri təqdim edib və indi də edir. Hörmətli Mərcəi Təqlid (kölgəsi davamlı olsun ) qeyd etdi ki, hər bir əməl təqva ilə əlaqələndirilməlidir. Çünki Allah, əməlləri təqvalılardan qəbul edir. Əməllərin qəbulu təqvaya yiyələnməkdən asılıdır. Və bu da, hər bir fərdin gecə gündüz özünü hesaba çəkməsindən irəli gəlir. Hörmətli Mərcəi Təqlid (kölgəsi davamlı olsun ) hövzə təhsilində tələbələr üçün kurikulum olsun deyə mühüm məqamlar və bir sıra atalıq və tərbiyəvi nəsihət və göstərişlər verib, hamının müvəffəqiyyət və səadəti üçün dua etdi. Nümayəndə heyəti öz növbəsində Hörmətli Mərcəi Təqlidin (kölgəsi davamlı olsun ) verdiyi məsləhət və göstərişlərə görə təşəkkürünü bildirib, onun sağlamlığı və rifahı üçün dua ediblər.