Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) Kərbəladakı nümayəndə heyəti: İmkansız və fəqir ailələrə yemək paylanması. 12/10/2022 |
Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı
olsun ) müqəddəs Kərbəla şəhəri, Tuveyric bölgəsindəki nümayəndə heyəti ehtiyacı
olan və buna layiq olan yoxsul və fəqir ailələrə yemək paylayıb.
Seyid Qasim Cabir Musəvi dedi ki: Bu yemək müstəsna səylərin
bir hissəsi kimi paylandı. Nümayəndə heyəti yardıma layiqli ailələrin ehtiyac
duyduğu qidalı yeməkləri təmin etməyə davam edir. Hansı ki, bu yardımlar heyət
tərəfindən müntəzəm olaraq paylanır.
Və çıxışı zamanı açıq şəkildə bildirdi ki, biz bu səyləri
inşallah davam etdirəcəyik və biz ciddi şəkildə çalışırıq ki, yardıma və ərzaq
çatdırılmasına layiq olan daha çox insanı əhatə edək. Hansı ki, ötən müddət ərzində
biz bu istiqamətdə səylə çalışmışıq.
Seyid Qasim Cabir Musəvi, bu sahədə çalışan hər kəsə təşəkkürünü
və qürurunu bildirdi. Onlar ehtiyacı olan ailələrə kömək məqsədilə nümayəndə
heyətinin səylərini və xeyriyyə layihələrini dəstəkləməyə davam edirlər.
|