Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) Diyalədaki ofisinin nümayəndə heyəti Fatimiyyə (ə.s ) yürüşündə iştirak etmək üçün hazırlıqlara başlayıb.

Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) Diyalədaki ofisinin nümayəndə heyəti Fatimiyyə (ə.s ) yürüşündə iştirak etmək üçün hazırlıqlara başlayıb.

11/10/2022




Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) Diyalə şəhəri, Əs-Salam kəndindəki nümayəndə heyəti, ikinci rəvayətə görə, pak Xanımın (ə.s ) şəhadətini yad etmək üçün yaxın günlərdə keçiriləcək Fatimiyyə (ə.s ) yürüşündə iştirak etməyə hazırlaşır. Şeyx Harun Muhəmmədi dini toplantı zamanı Nəcəful-Əşrəfdə Hörmətli Mərcəi Təqlidin (kölgəsi davamlı olsun ) ofisindən İmam Əlinin (ə.s ) hərəminə qədər başlayan həmin yürüşdə iştirak edərək, xanım Zəhranın (ə.s ) məzlumiyyətini diriltməyin, ikinci rəvayətə görə, Xanım Zəhranın (ə.s ) şəhadətini yad etmək, İmam Əliyə (ə.s ) başsağlığı vermək üçün başlanacaq bu əbədi İslam yürüşündə iştirak etməyin vacibliyindən danışdı. O, çıxışı zamanı diqqətə çatdırıb ki: “Nümayəndə heyəti bu müqəddəs ayində iştirak etmək üçün vahid bir dini proqram hazırlayıb. Onun ötən illərdəki daimi iştirakı kimi bu il də iştirakları daha geniş olacaq inşallah . Şeyx Harun Muhəmmədi, bu ağrılı xatirə ilə əlaqədar gözlənilən İmam Mehdiyə (Allahu-təala onun zühurunu tezləşdirsin ) və bu ağrılı faciəyə görə Nəcəful-Əşrəfdə əzəmətli mərcəi təqlidlərə və islam xalqına başsağlığı verdi.