Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) paytaxt Bağdaddakı ofisinin nümayəndə heyəti bir sıra xəstələrə kömək etmək üçün sağlamlıq kampaniyasına yardım edib. 18/10/2022 |
Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi
davamlı olsun ) Bağdad şəhəri Kərxdəki nümayəndə heyəti bir sıra xəstələrə kömək
etmək üçün sağlamlıq kampaniyasına yardım edib. Şeyx Muhəmməd Sudani sağlamlıq kampaniyasının yaradılması
zamanı, mütləq sağlamlıq və tibbi yardıma ehtiyacı olan bir çox xəstələri cəlb
edən belə işlərin qurulmasının vacibliyindən danışdı. Bu, bizi bu kampaniyaya dəstək
verməyə və onlara lazımi sağlamlıq yardımı göstərməyə sövq edir. O, çıxışı zamanı diqqətə çatdırıb ki: “Nümayəndə heyətinin
bu istiqamətdə perspektivli proqramları var. Və əsas vəzifələrimiz çərçivəsində
Nəcəful-Əşrəfdə rəşadətli mərcəiyyətin göstərişlərinin həyata keçirilməsində təmin
edə biləcəyimiz şeylərlə xalqımızın xidmətində olarıq inşəAllah. Şeyx Muhəmməd Sudani bu kampaniyanın qurulmasına dəstək verən
qardaşlara təşəkkür və minnətdarlığını bildirib. Uca yaradandan İraqı və
xalqını hər cür bəlalardan qorumasını istəyib.
|