Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) Ayətullah Seyid Muhəmməd Sadiq Əl-Hüseyni Əl-Ruhaninin vəfatı münasibətilə baş sağlığı bəyanatı.

Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) Ayətullah Seyid Muhəmməd Sadiq Əl-Hüseyni Əl-Ruhaninin vəfatı münasibətilə baş sağlığı bəyanatı.

16/12/2022




Bağışlayan və mehriban  Allahın adı ilə Həmd olsun aləmlərin Rəbbi olan Allaha, salavat və salam olsun onun yaratdığının ən xeyirlisi Muhəmməd və onun ailəsinə, onların bütün bütün düşmənlərinin üzərinə lənət olsun. Uca Allah buyurur: (O kəslər ki, başlarına bir müsibət üz verdikdə: “Biz Allaha məxsusuq və Ona qayıdacağıq!” deyərlər. Böyük alim hörmətli Ayətullah Seyid Məhəmməd Sadiq əl-Hüseyni ər-Ruhaninin ( ruhu şad olsun ) bu fani dünyadan getməsi xəbərini böyük kədər və ağrı ilə aldıq. Uzun ömrünü oxumaq, öyrətmək və yazıb-yaratmaqla keçirdi. Beləliklə, Allah onun üçün öz seçdiklərinin məskəni olaraq babası Allahın Rəsulunun (s.ə.v.s )-in yanında oturmağa və anası xanım Zəhra (ə.s )-ın ətrafında olmağa və onun möhtərəm qardaşı, mərhum ustadımız, böyük nüfuz sahibi, böyük Ayətullah Seyid Məhəmməd ər-Ruhani ilə bir yerdə olmağa qərar verdi. Bu səbəbdən də Allahın  vəlisinə İmam Mehdi (ə.f )-ə və elmi hövzəyə və Əhli-Beyt (ə.s )-ın ardıcıllarına və mərhum Seyidin ailəsinə baş vermiş bu müsibətə görə başsağlığı veririk. Allah ona rəhmətini şamil etsin, çünki o, mərhəmətli və dostdur. Nəcəful Əşrəf Bəşir Hüseyn Əl-Nəcəfi 22-Cəmadiul əvvəl- 1444-ci hicri ili.