Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun ) İraqın daxilindən və xaricindən gəlmiş möminlərə öz tövsiyələrini verib.

Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun ) İraqın daxilindən və xaricindən gəlmiş möminlərə öz tövsiyələrini verib.

23/7/2022




Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun ) müqəddəs məkanları ziyarət üçün gəlmiş möminlərlə görüşü zamanı onlara, nəfsin paklığından və nəfsi hesaba çəkməyin əhəmiyyətindən söhbət açıb. Ziyarət zamanı Allahdan bağışlanma istəyərək və Əhli-Beyt (ə.s )-a təvəssül etməyin əhəmiyyətindən söhbət açıb. Ziyarətin qəbul əlaməti insanda müsbət dəyişikliyin olması və ziyarətdən qayıtdıqdan sonra bu dəyişiliyin hiss olunması olduğunu qeyd  edib. Mömin üçün təqva libasının zərurətindən söz açan Ayətullah Şeyx Bəşir Hüdeyn Nəcəfi (kölgəsi davamlı olsun ), təqvanın yalnız Allaha ixlaslı olmaq ilə əldə olunacağını qeyd edib. İnsanın nəfsini paklaması və bağışlanma istəməsi və özünü gecə və gündüz hesab kitaba çəkməsidə bu qəbildəndir. Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun ) ziyarətə gələn möminlər üçün dualar edib.