İmam Əli (ə.s ) adına olan təhlükəsizlik qüvvələri Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfini (kölgəsi davamlı olsun ) ziyarət edib. 22/7/2022 ![]() |
İmam Əli (ə.s ) adına olan təhlükəsizlik qüvvələri Ayətullah əl
üzma Şeyx Bəşir Hüseyn Nəcəfini (kölgəsi davamlı olsun ) ziyarət edib. Hörmətli mərcəi təqlid onların göstərdiyi
xidmətin İraqın yeni tarixində mühüm yer tutduğunu qeyd etdi. Mərcəiyyətin
nidasına səs verərək haqqı müdafiə etdiklərini və İŞİD kimi terror təşkilatını
məhv etməklərini diqqətə çəkdi. Sizlər öz qan və canlarınızla İraqı
qorudunuz. Siz İraqı daim müdafiə edirsiniz. Bunu dəfələrlə sübut etmisiniz. Ayətullah
əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun ) sonra onlar üçün dualar etdi və öz ata nəsihətlərini
onlara bildirdi.
|