Hüzn ayının daxil olması ilə… Şeyx Əli Nəcəfi bir necə müqəddəs məkanlarda bayraqların dəyişdirilməsi mərasimində iştirak edib. 1/8/2022 |
Şeyx Əli Nəcəfi Kərbəla da İmam Hüseyn
və Həzrət Əbəlfəzl (ə.s )-ın hərəmlərinin üzərində olan və bir neçə müqəddəs məkanlarda
bayraqların dəyişdirilməsi mərasimində iştirak edib Hər bir müqəddəs məkanda
çıxış edən Şeyx Əli Nəcəfi çıxışları zamanı İmam Hüseyn (ə.s ) fəzilət və məqamından
və dinin ayaq da qalması üçün özünü və ailəsini fəda etməsindən söz açdı. Bu
gün dünya da müxtəlif dinlər və fikirlər mövcuddur. Bunların hamısının İmam
Hüseyn (ə.s ) məktəbindən dərslər öyrənməyə ehtiyacları vardır və bu gün bu məktəbdən
qəhrəmanlıq və fədakarlıq dərslərini öyrənirlər. Şeyx Əli Nəcəfi çıxışları
zamanı İmam Hüseyn (ə.s )-ın məktəbinin hədəfi insanlıq hədəfi olmasından və İmam
Hüseyn (ə.s )-ın şəhadətinin dinin ayaqda qalması üçün və həqiqi dinin aradan getməməsi
üçün olduğunu qeyd etdi. Daha sonra Şeyx Əli Nəcəfi Şəairul Hüseyniyyənin ayaqda
qalması Peyğəmbər (s.ə.v.s )-ə ehtiram və bağlığılın bildirilməsi olduğunu və həqiqi
islam dininin bu olduğunu və Allahın şüarlarının təmsil olunduğu, bu böyük
Hüseyni şüarların əxlaq və əqaid və din olduğunu bildirdi. Şeyx Əli Nəcəfi
Şəairul Hüseyniyyəni bəni üməyyədən bəri heç kim nə qabağını ala bilib və nə də
aradan apara bilib. Bu gün artıq bu şüar genişlənməkdədir. Ona görə ki, İmam
Hüseyn (ə.s ) haqqın köməyinə gəldi və əsl islamı qorudu və saxladı. Ona görədə
Allah öz iradəsi ilə bu şüari günü gündən genişləndirir və yayır. Bu günlərdə
Əhli-Beyt (ə.s ) ardıcılları məzlum Seyyiduş şühədaya əza saxlayır və onun məclislərini ihya edirlər. İmam Hüseyn (ə.s ) özünü və ailəsini dinin ayaqda qalması üçün fəda
etdi və bizim boynumuzda bir haqqdır ki, bizlər dini və onun göstəriş və əmrlərini
ayaqda saxlayaq və hər bir ixtilaf və
düşmənçiliyin qarşısında dura bilmədiyini bildirdi.
|