İran İslam Respublikasının Kerman şəhərində möminlərin bombalanması cinayəti ilə bağlı Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) ofisindən bəyanat 3/1/2024 |
Bismilləhir-Rahmənir-Rahim
Nemət verdiyinə və
imtahan etdiyinə görə Allaha həmd, aləmlərə rəhmət olaraq göndərilmiş elçisi
Muhəmməd ibn Əbdullaha (s.ə.v.s ) və onun nəcabətli ailəsinə (ə.s ) salam və
salavat, onların bütün düşmənlərinə isə əbədi lənət olsun.
Allah-taala
buyurub: O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: “Biz Allahınıq və
Ona tərəf qayıdacağıq!” deyirlər.
Uca və əzəmətli
Allah doğru buyurdu.
Şəhid komandirlər
general-mayor Hacı Qasım Süleymaninin, mücahid Hacı Əbu Mehdi Mühəndisin və
onların yoldaşlarının sui-qəsdi ilə nəticələnən dəhşətli cinayəti
xatırladığımız günlərdə Kermanda bu gün şəhid mücahid Hacı Qasım Süleymaninin
(Allah ondan razı olsun ) bağçasının yaxınlığında yüzdən çox şəhidin və iki yüzə
yaxın insanın yaralanması ilə nəticələnən faciə xəbərini böyük təəssüf və kədərlə
qarşıladıq. Bu cinayət onun şəhidliyinin ildönümündə başsağlığı verməyə gələn
möminləri hədəf alıb. Biz dəhşətli cinayəti pisləyərək, Allahın ən əzəmətli vəlisinə
(ə.f ), şəhid ailələrinə və bütün möminlərə başsağlığı veririk. Uca Allahdan şəhidlərimizə
cənnət və rəhmət, ailələrinə isə təsəlli və səbr, yaralılara isə tezliklə şəfa
tapmalarını diləyirəm.
Bu pozuntular, əziz
Fələstin xalqının dözdüyü qanlar və işğalçı sionist tərəfindən uşaq və qadınların öldürülməsi və
mülki evlərin dağıdılması də daxil olmaqla, bütün beynəlxalq qanunların
pozulması fonunda baş verir. Biz Allah-taalaya bu ümmətin başına gələn bu bəlanı
aradan qaldırması və düşmənin hiyləsinin özünə dönməsi üçün yalvararaq, möminləri
Fələstin xalqının ətrafında əllərindən gələni etməyə çağırırıq.
Sonda Uca
Yaradandan məzlum və xəyanətə məruz qalanları Öz bol rəhməti ilə əhatə etməsini,
ailələrinə səbr və təsəlli verməsini diləyirik. Vəssəlam...
Ədəd:11
Tarix:
20 Cəmadiul-axir
1445 hicri.
03.01.2024
|