Möminlərdən ibarət nümayəndə heyətləri hörmətli mərcəi təqlidi (kölgəsi davamlı olsun) İmam Məhdi Müntəzərin (ə.f) mövludu münasibəti ilə mərkəzi ofisində təbrik ediblər 9/3/2023 |
Hörmətli mərcəi təqlid:
Allah İraqı Əhli-Beyt İmamlarının (ə.s) ilk imamının orda olması ilə fərqləndirdi
və ədaləti yer üzərinə yaymaq üçün, Əhli-Beyt İmamlarının (ə.s) sonuncu
imamının paytaxtı olacaq. Hörmətli şeyx (kölgəsi
davamlı olsun) Nəcəful-Əşrəfdən və İraqın bir sıra vilayətlərindən, xüsusən də
Bəsrənin Feyha şəhərindən gələn çoxlu sayda möminləri və İslam ölkələrindən müqəddəs
ziyarətgahları ziyarət edən bir sıra möminləri qəbul etmişdir. Hörmətli mərcəi təqlid
(kölgəsi davamlı olsun) möminlər mövlamız imam Məhdi Müntəzərin (ə.f) zühurunun
tezləşməsi üçün öz əməllərini və özlərini islah etməsi, bütün əməllərini gündəlik
və davamlı mühasibə etməklə həyata keçməsi üçün əməl etmələrini təkidlə qeyd
etdi. Bundan əlavə, hörmətli
mərcəi təqlid (kölgəsi davamlı olsun) İraqın əhəmiyyətini və məqamını və
Allahın ona xüsusi məqam bəxş etdiyini vurğulayaraq, hörmətli şeyx təkidlə
dedi: “Allah İraqı Əhli-Beyt İmamlarının (ə.s) birinci imamının orda olması ilə
seçdi. Və ədaləti bütün yerlərə yaymaq üçün Əhli-beyt İmamlarının (ə.s) son
imamının paytaxtı olacaq. Və bu vəd heç vaxt pozulmayacaq”.
Hörmətli mərcəi təqlid (kölgəsi davamlı olsun) məclisdə iştirak edənlərə bir sıra şəri və atalıq nəsihəti təqdim etdi və onlar da öz növbəsində hörmətli şeyxə bu xoş ətirli münasibətlə təbrik və xeyir dua etdilər. |