Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Babildəki ofisinin nümayəndə heyəti Əmirul-mömininin (ə.s) xanımı Ümmül-Bəninin vəfatını yad etmək üçün əza məclisi keçirtdi

Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Babildəki ofisinin nümayəndə heyəti Əmirul-mömininin (ə.s) xanımı Ümmül-Bəninin vəfatını yad etmək üçün əza məclisi keçirtdi

30/12/2023




Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Babil şəhərindəki nümayəndə heyəti Əmirul-mömininin (ə.s) xanımı Ümmül-Bəninin vəfatını anmaq üçün əza məclisi keçirtdi.

Hörmətli Seyid Əziz Əmidi əza məclisi zamanı çıxış edərək dedi: “Ümmül-Bənin imam Hüseyni (ə.s) normal haldan daha çox sevir və ona qayğı göstərirdi. İmam Hüseynin (ə.s) şəhadət xəbəri Mədinə şəhərinə çatanda, tarixdən əbədi silinməyəcək bir münasibəti onun məqamını yüksəltdi və möminlərin qəlbində onun yüksək məqamı oldu".

Hörmətli Seyid Əmidi sözünə davam edərək dedi: “Bundan belə nəticəyə gəlirik ki, Əmirul-möminin (ə.s) Ümmül-Bənini düşüncə və fikr cəhətdən risalət vəzifələrini öz üzərinə götürməyə hazırlayırdı. O, Taff (Kərbəla) hadisəsindən sonra baş verən inhirafın ifşa olunmasında öncül rol oynamışdır. O, həm İslami dəvət naminə göstərdiyi fədakarlıq, həm də səmimiyyət üçün dünyada qadınlar və kişilər üçün mükəmməl bir nümunə oldu. Verdiyi məsləhət və fədakarlıq üçün əziz və qiymətli hər şeyi qurban verdi.

Hörmətli Seyid Əmidi: Xanım Ümmül-Bəninin (s.ə) vəfatının ildönümü münasibətilə İmam Höccətə (Sahibəz-Zamana (ə.f)), görkəmli alimlərimizə və Əhli-Beyt (ə.s) aşiqləri və şiələrinə başsağlığı verdi.