Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Bəsrə şəhərindəki nümayəndəliyi məktəb şagirdləri üçün yay kursları keçirməyə davam edir 25/6/2023 ![]() |
Ayətullah əl Üzma
Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Bəsrə şəhərinin Deyrə qəzasındakı
nümayəndəliyi məktəb şagirdləri üçün yay kurslarının keçirilməsinə davam edir. Şeyx Müsənna Rubeyi
bildirdi: “Şagirdlərin təhsil dövründə müxtəlif fəaliyyətlərdə iştirak etmələrinə
baxmayaraq, yay tətilindən səmərəli istifadə etmək üçün onlara dini kurslar və
fəaliyyətlər təşkil etmək vacibdir. Bu, yay dövrünün əhəmiyyətini artırır”. O əlavə etdi: “Məktəb
tətillərini ən yaxşı şəkildə dəyərləndirmək və bu kurslarda fəal iştirak etmək ən
yaxşı işlərdən biridir. Bu kurslar Həzrət Ayətullah Nəcəfinin (kölgəsi davamlı
olsun) ofisinin tövsiyələri əsasında hazırlanmışdır və ümid edirik ki, bu
kurslar elmi və mədəni bilikləri zənginləşdirəcək, şəxsi inkişafa təşviq edəcək
və övladlarımızın ehtiyac duyduğu şəriət hökmlərinin əhəmiyyətini başa düşmələrinə
kömək edəcəkdir”.
Şeyx Rubeyi bu kursların uğurla həyata keçirilməsi üçün böyük səylər göstərən alimlərin və müəllimlərin zəhmətlərini yüksək qiymətləndirdi. |