Bəsrə əl-Feyha…Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisinin nümayəndəsi gənc nəslin maarifləndirilməsi məqsədi ilə bir sıra dini mühazirələr təşkil etdi 17/3/2025 ![]() |
Ayətullah əl Üzma
Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisinin Bəsrə şəhərinin
Şafi bölgəsindəki nümayəndəsi gənc nəslin maarifləndirilməsi məqsədi ilə bir
sıra dini mühazirələr təşkil edib. Şeyx Müsənna Rübeyi
deyib: “Nümayəndələr tərəfindən mübarək Ramazan ayının gecə və gündüzlərini
yaşatmaq məqsədilə bir sıra intensiv dini mühazirələr və dini-mədəni məqsəd
daşıyan müsabiqələr, həmçinin mübarək Quran məclislərində və gənc nəslə yönəlik
ictimai forumlarda iştirak təşkil olunub". O, çıxışı zamanı
bildirib ki, bu mübarək aydan maksimum faydalanmaq və İslam maarifini, eləcə də
Əhli-beyt (ə.s) elmlərini cəmiyyətə çatdırmaq üçün təbliğat fəaliyyətimizi
davam etdiririk. Bu işlər, şübhəsiz ki, onların (Əhli-beytin (ə.s)) yolunu
yaşatmaq və nəticə etibarilə əsl Muhəmmədi İslam dinini yaşatmaqdır.
Şeyx Rübeyi qeyd edib ki, cəmiyyətin bütün təbəqələri ilə bu cür əlaqələrin qurulması və bu müqəddəs Ramazan fürsətindən istifadə edərək Əhli-beyt (ə.s) düşüncəsini yaymaq zəruridir. |