Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) mərkəzi ofisi Əmirul-möminin imam Əlinin (ə.s) şəhadətinin ildönümü münasibətilə əza məclisi təşkil edib 24/3/2025 ![]() |
Ayətullah əl Üzma
Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) mərkəzi ofisi mübarək
Ramazan ayının iyirmi birinci gecəsində Əmirul-möminin imam Əli ibn Əbi Talibin
(ə.s) şəhadətinin ildönümü münasibətilə əza məclisi təşkil edib. Məclisdə elmi
hövzənin fəqihləri, müəllim və tələbələri, eləcə də çoxsaylı möminlər iştirak
ediblər. Məclisdə çıxış edən
xətib imam Əlinin (ə.s) şəhadəti ilə müsəlmanların üzləşdiyi böyük zülmü və
müsibəti diqqətə çatdırıb. O, həmçinin İmamın (ə.s) parlaq həyat yolunu və əsl
Muhəmmədi İslamın mahiyyətini qorumaqda göstərdiyi böyük mövqeləri nəzərə
çatdırıb.
|