Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Müqəddəs Kərbəla şəhərindəki nümayəndəsi, aztəminatlı ailələr üçün ərzaq paylanmasını davam etdirir 24/3/2025 ![]() |
Ayətullah əl Üzma
Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Müqəddəs Kərbəla şəhərinin
Tuvəyric qəzasında yerləşən nümayəndəsi, Müqəddəs Ramazan ayında kasıb və aztəminatlı
ailələr üçün ayrılmış ərzaq paylamalarını davam etdirdi. Seyid Qasım Cabir Musəvi
deyib: “Allahın lütfü ilə bu mübarək ayda on doqquzuncu və iyirminci ərzaq
paketləri paylanıb. Bu paketlər, yumurta, ağ ət və balıqla birlikdə Kərbəla şəhərindəki
ehtiyac sahibi ailələrə həsr olunub. İnşallah bu mübarək ayın sonuna qədər ailələrimizi
dəstəkləməyə davam edəcəyik." O, söhbəti zamanı
bildirdi ki, nümayəndəlik bu ay boyunca aztəminatlı ailələrin ehtiyaclarını
qarşılayacaq sayda ərzaq paketlərini çatdırmaq üçün böyük səylər göstərib və
Allahın izni ilə razı salan nəticələr əldə olunana qədər heç bir səydən çəkinməyəcəklər. Seyid Qasim Musəvi bu
xeyirxah vəzifənin yerinə yetirilməsində kömək edən bütün yardımsevərlərə yüksək
təşəkkür və minnətdarlığını bildirdi.
|