Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Bağdad şəhərindəki nümayəndəsi, Əmirul-möminin imam Əlinin (ə.s) şəhadətinin ildönümü münasibətilə əza mərasimi təşkil etdi 24/3/2025 ![]() |
Ayətullah əl Üzma
Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Bağdad şəhərinin Seyidiyyə
bölgəsində yerləşən Əshabi-Kisa (ə.s) məscid və hüseyniyyəsindəki nümayəndəsi,
Əmirul-möminin imam Əli ibn Əbi Talibin (ə.s) şəhadətini yad etmək üçün əza mərasimi
keçirdi. Şeyx Əbdürrəsul Əttar
deyib: “Bağdad şəhərində yerləşən nümayəndəliyimiz hörmətli möminlərin geniş
iştirakı ilə Mövla Əbu Həsən imam Əli ibn Əbi Talibin (ə.s) şəhadətinin
ildönümü münasibətilə əza məclisi təşkil etdi". O, çıxışı zamanı
bildirdi ki, əza mərasimində İmamın (ə.s) şəhadət hadisəsi oxunub və xətib onun
müqəddəs həyatında və İslam dininə etdiyi böyük xidmətlərdəki bir sıra mühüm məqamları
vurğulayıb. Bu xidmətlərin nəticəsində şəhadətə çatdı. “Kəbənin Rəbbinə and
olsun, nicat tapdım” kəlamı yalnız ona yaraşır. Ona və doğulduğu, şəhid olduğu
və yenidən dirildiləcəyi günə salam olsun. Şeyx Əttar bu ağır
müsibət münasibətilə imam Zamana (ə.f), mərcəi-təqlidlərə və bütün İslam ümmətinə
başsağlığı verdi.
|