Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Bağdad şəhərindəki nümayəndəsi Əmirul-möminin imam Əli (ə.s) haqqında fəzilət və həyat yoluna dair mühazirəyə rəhbərlik etdi 24/3/2025 ![]() |
Ayətullah əl Üzma
Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Bağdad şəhərinin Əş-Şəab
bölgəsində, Tüccarlar məhəlləsində yerləşən nümayəndəsi, Əmirul-möminin imam
Əli ibn Əbi Talibin (ə.s) fəzilətləri və həyat yolu mövzusunda dini mühazirəyə
rəhbərlik etdi. Şeyx Mustafa Amiri
mühazirəsi zamanı dedi: “Əmirul-möminin imam Əli (ə.s) dəyərli xüsusiyyətlərlə
zəngin bir həyat yaşamışdır. Onun ən bariz xüsusiyyətlərindən biri, insanlara
münasibətdə sərgilədiyi insani yanaşma, yəni insanı kimliyindən asılı olmayaraq
yalnız insan olduğu üçün hörmət etməsi, onun maddi və mənəvi haqlarını və şəxsiyyətini
qoruması idi". O, çıxışında
vurğuladı ki, bu böyük həyat yolu, insanın şəxsi və ictimai həyatına təsir edən
bir model olmaqla yanaşı, Allah-taalanın razılığına aparan yoldur. O, bizə bu
geniş sahədə dərs üstə dərs vermiş, həyatın düzgün yollarını və iki dünyada
uğur qazanmağın yollarını göstərmişdir. O, insanlıq uğrunda şəhid olmuş, seçkin
mövqeləri ilə tanınan ədalətli və mərhəmətli imam idi. Həqiqətən də, o, hər
dövrdə və məkanda azad qəhrəmanların tərənnüm etdiyi həyat əfsanəsidir. Şeyx Amiri, bu böyük
müsibət münasibətilə imam Zamana (ə.f), mərcəi-təqlidlərə və bütün İslam ümmətinə
dərin hüznlə başsağlığı verdi.
|