Paytaxt Bağdad…Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndəsi fiqh və əxlaq mövzularında bir sıra dini mühazirələr təşkil edib 10/4/2025 ![]() |
Paytaxt Bağdad…Ayətullah
əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndəsi fiqh və
əxlaq mövzularında bir sıra dini mühazirələr təşkil edib. Seyyidiyyə bölgəsində yerləşən “Əshabul-Kisa” (ə.s) məscid
və hüseyniyyəsində, Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi
davamlı olsun) Bağdad nümayəndəsi tərəfindən fiqh və əxlaq sahəsində bir sıra
dini mühazirələr keçirilib. Şeyx Əbdürrəsul Əttar həmin mühazirələrdə çıxış edərək dini
və elmi maarifə sahib olmağın əhəmiyyətindən danışıb və bildirib ki, bu, bizi
savadlı təbəqədən olmağa sövq edir. Çünki İslam dini və Əhli-beyt (ə.s) məzhəbi
hər zaman maarifin və mədəniyyətin yayılmasını və bu biliklərlə silahlanmağı
vacib bilmişdir. Çünki hər zaman bu biliklərə ehtiyac vardır. O, çıxışında deyib: “Biz yerli və beynəlxalq şəraitlə
qarşı-qarşıyayıq. Buna görə də elmləri yaymalı və elm əhlini, bilik və maarif
sahiblərinin həyatdakı mövqeyini və insanlıq üçün gördüyü böyük işləri dərk etməliyik".
Şeyx Əttar, həmçinin qeyd edib ki, insan böyük mənəvi həyatını və ruhani dəyərlərini tərk edərək maddiyyata aludə olmuş bir dünyada yaşadığı üçün, biz şəriətə uyğun şəkildə biliklə silahlanmalı və bu dəyişkən şəraitlərdən təsirlənmədən düzgün istiqamətdə fəaliyyət göstərməliyik. |