Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndəsi Divaniyyə şəhərində – Bəqi qəbiristanlığının yenidən inşası tələbi ilə keçirilən illik yürüşdə iştirak edib 10/4/2025 ![]() |
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi
davamlı olsun) Divaniyyə şəhərindəki nümayəndəsi Bəqi qəbiristanlığının yenidən
inşa edilməsini tələb edən illik yürüşdə iştirak edib. Şeyx Casim Qəravinin sözlərinə görə: “Mərcəiyyətin nümayəndəsi
Divaniyyə şəhərində keçirilən izdihamlı xalq etiraz yürüşündə iştirak etmişdir.
Minlərlə Əhli-beyt (ə.s) davamçısı və Hüseyni məclislərin xidmətçiləri bu mərkəzi
etiraz aksiyasında iştirak edərək Bəqi qəbiristanlığında dəfn olunmuş imamların
(ə.s) qəbirlərinin yenidən inşasını tələb etdilər". O, çıxışında əlavə edib ki, “şəhərin müxtəlif bölgələrindən
və qonşu şəhərlərdən toplaşan bütün iştirakçılar, Bəqi qəbiristanlığında müqəddəs
imamların (ə.s) qəbirlərinin izlərinin silinməsinə qarşı etirazlarını bildirən
plakatlar qaldırdılar və İslam dünyasını, eləcə də beynəlxalq ictimaiyyəti Səudiyyə
Ərəbistanı hökumətinə bu mübarək qəbirlərin bərpasını sürətləndirməsi üçün təzyiq
göstərməyə çağırdılar".
Şeyx Qəravi həmçinin qeyd edib ki, iştirakçılar müqəddəs Peyğəmbər (s) nəslinə olan dərin inanc və bağlılıqlarını nümayiş etdirərək, müqəddəs qəbirlərin dağıdılmasını pisləyən şüarlar səsləndirdilər. Onlar bu qəbirlərin yenidən inşasının dünyanın hər yerindəki milyonlarla müsəlmanın qanuni haqqı olduğunu vurğuladılar. |