Həzrət Əbəlfəzl Abbasın (ə.s) hərəminin xidmətçiləri Nəcəfdə Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisində 3/6/2025 ![]() |
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi
davamlı olsun) ofisi, Həzrət Əbəlfəzl Abbasın (ə.s) hərəminin xidmətçilərinin
davamlı ziyarətləri çərçivəsində, Kərbəladakı müqəddəs Əbəlfəzl Abbas (ə.s)
ziyarətgahının bir qrup əməkdaşını qəbul edib. Görüşün əvvəlində, hörmətli Hacı Seyid Muhəmməd Tahir Cəzairi
qonaqları səmimi şəkildə qarşılayaraq onların bu davamlı əlaqəni qorumağa göstərdikləri
diqqəti yüksək qiymətləndirdi. O bildirdi ki, insan bəzən ailəsinin, işinin, cəmiyyət
və siyasətin qayğıları ilə məşğul olduğu zaman öz varlığının mahiyyətini,
yaradılma məqsədini və qaçılmaz aqibətini unuda bilər. Bu səbəbdən insanın
öz-özü ilə səmimi təhlil aparması, aqibətini düşünməsi zəruridir. Axirətə
yalnız öz əməlləri ilə gedəcək. İki əsas mövzu: Bağışlanma istəniləcək günah və şükür
olunacaq nemət. Seyid Cəzairinin çıxışının əsas mövzusu iki mühüm prinsipə
dayanırdı. O, bu barədə məsum imamların (ə.s) rəvayətlərinə istinad edərək
danışdı: Günah – İnsanın ondan bağışlanma diləməsi vacibdir. Nemət – Onun üçün Allaha şükür edilməlidir. Seyid qeyd etdi ki, insan səmimi qəlbdən günahlarını etiraf
etməli, onlara görə peşman olmalı və ixlasla bağışlanma istəməlidir. Eyni
zamanda, Allahın saysız-hesabsız nemətlərini etiraf etməli, dili və qəlbi ilə
Allaha şükür etməlidir. Təkcə günahı etiraf etmək yetərli deyil – bağışlanma
istəmək vacibdir. Eyni şəkildə, şükrün gerçək mənası yalnız nemətin Allahdan gəldiyini
tam şəkildə qəbul etməklə reallaşır; bu şəxsi səylərin məhsulu kimi dəyərləndirilməməlidir. Həqiqi bağışlanma: Sözlə yox, qəlblə edilən tövbə. Seyid Cəzairi vurğuladı ki, istğfar (bağışlanma istəmə)
yalnız dildə deyilən sözlərlə məhdudlaşmamalıdır. O, qəlbdən gələn, dərin
peşmanlıq hissi ilə müşayiət olunmalıdır. Həqiqi tövbə – insanın keçmiş
günahlarından səmimi peşmanlıq duyması və bir daha onlara qayıtmamaq üçün ciddi
qərar verməsidir. Bu, qəlbi ağrıdan, nəfsini islah etmək istəyən insanın tövbəsidir. Niyyətə nəzər və qəlbin namazda hazır olması. Seyid, namaz zamanı qəlbin Allaha yönəlməsinin vacibliyinə
də toxundu. Çox insanlar var ki, namazı bədənləri ilə qılırlar, amma qəlbləri və
fikirləri dünya işlərində dolaşır. Bu səbəbdən, hədislərdə namazdan sonra üç dəfə
istğfar tövsiyə olunur ki, insan niyyətini təzələsin və ibadətdəki ixlasını
gözdən keçirsin. Şükür: İlahi lütfü qəbul etməkdir. Seyid Cəzairi, şükrün əsası kimi, insanın nemətin mənbəyinin
Allah olduğunu qəbul etməsinin vacibliyini qeyd etdi. Bu nemətlərin yalnız şəxsi
qabiliyyətlərlə əldə edildiyini düşünmək, şükür anlayışını zədələyir. Şükr edən insanın üstünlüyü: Neməti aşan səadət. Seyyid, imam Əli Hadidən (ə.s) gələn mənalı bir rəvayəti
xatırlatdı: “Şükr edən insan,
şükür etdiyi nemətdən daha çox xoşbəxtdir. Çünki nemət keçicidir, amma şükür həm
nemətdir, həm də axirət mükafatıdır". Sonda tövsiyə.
Çıxışının sonunda, Seyid Cəzairi iştirakçılara tövsiyə etdi ki, səmimi istğfar və şüurlu şükrü özlərinə azuqə edin. Bu, onların qəbrini nurlandıracaq və Qiyamət günü onlara sığınacaq olacaq. O, hər kəsi özünü dürüstlük və vicdanla hesaba çəkməyə, həyatı peşmanlıq və Allaha minnətdarlıq ruhu ilə yaşamağa çağırdı. Ən böyük təhlükənin isə – qəflət və saxta iddialar olduğunu xatırlatdı. |