Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcnəfinin (kölgəsi davamlı olsun) Bağdad şəhərindəki nümayəndəsi bir sıra İraq tayfa başçıları, ağsaqqalları və üzvlərini ziyarət edib 6/6/2025 ![]() |
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcnəfinin (kölgəsi
davamlı olsun) Bağdad şəhərindəki nümayəndəsi, ictimai fəaliyyətləri çərçivəsində,
bir sıra İraq tayfalarının şeyxləri, ağsaqqalları və üzvləri ilə görüşlər
keçirmişdir. Şeyx Kərim Saidi bildirib ki, bu görüşlərin məqsədi, Nəcəful-Əşrəfdəki
ağıllı və müdrik dini rəhbərliyin fikirlərini xalqa çatdırmaqla yanaşı, ölkədə
dinc birgəyaşayışın yayılmasına xidmət etməkdir. Ziyarət, həmçinin
tayfalarımızın vəziyyəti və ehtiyacları ilə yaxından tanış olmaq məqsədi
daşıyır. O vurğulayıb ki, bu cür ziyarətlər bizim təbliğat
proqramımızda mühüm yer tutur. Məqsədimiz cəmiyyət daxilində, xüsusilə Bağdadın
şimalında yerləşən qəbilə və tayfalar arasında birlik və həmrəyliyi gücləndirmək,
tayfalar arasında ixtilafları aradan qaldırmaq və sevgi, qardaşlıq ruhunu
yaymaqdır.
Şeyx Saidi əlavə edib ki, sosial əlaqələrin davam etdirilməsi dinc birgəyaşayışın inkişafında mühüm rol oynayır və bu, cəmiyyəti məzhəbçilik kimi təhlükəli təmayüllərdən qorumağa kömək edir, nəticədə isə ümumi rifah naminə xidmət edir. |