Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisinin sionist terror hücumu ilə bağlı İran İslam Respublikasına dair bəyanatı 13/6/2025 ![]() |
Sayı: 444 Tarix: 17 Zilhiccə 1446 / 13 iyun 2025-ci il Bismilləhir-Rahmənir-Rahim Allah-taala buyurur: “Zalımlara
gəldikdə isə, (Allah) onlar üçün (axirətdə) şiddətli bir əzab hazırlamışdır!” (İnsan
76/31) Allah-taala doğru buyurmuşdur. Biz Fələstini işğal etmiş sionist rejimin İslam
dünyasına qarşı davamlı hücumlarını və bu dəfə cümə günü sübh vaxtı İran İslam
Respublikasına qarşı həyata keçirdiyi terror hücumlarını qətiyyətlə pisləyir və
qınayırıq. Bu hücum nəticəsində tanınmış bir qrup alim, yüksək
rütbəli hərbi komandir və bir sıra mülki şəxslər şəhid olmuş, elmi mərkəzlər və
hərbi infrastruktur hədəf alınmışdır. Bu cinayətlər, həmin qəsbkar və təcavüzkar rejimin bölgə
və xalqları üçün necə böyük təhlükə olduğunu bir daha göstərir. Buna görə biz
beynəlxalq ictimaiyyəti, öz nizamnamələrində üzərinə götürdüyü öhdəlikləri
yerinə yetirməyə və bu təcavüzkar rejimə və onun havadarlarına qarşı təzyiq
vasitələrini tətbiq etməyə çağırırıq ki, bu cür hücumların təkrarlanmasının
qarşısı alınsın. Biz, həmçinin, əziz İran xalqına dəstəyimizi bir daha
ifadə edir, onları birliyə çağırır, şəhidlərə Allahdan rəhmət, yaralılara şəfa
diləyir və bütün şəhid ailələrinə başsağlığı və dərin hüznlərlə paylaşma hisslərimizi
çatdırırıq.
“Və la həvlə və la quvvətə illə billahil-əliyyil-əzim”. |