Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Bağdaddakı Hindistan səfirliyindən gələn nümayəndə heyətini qəbul edib 20/7/2025 ![]() |
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı
olsun) Nəcəful-Əşrəfdəki mərkəzi ofisində Bağdaddakı Hindistan səfirliyinin rəsmi
nümayəndə heyətini qəbul edib. Görüş zamanı Şeyx Nəcəfi iki ölkə — İraq və Hindistan —
arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə möhkəmləndirilməsinin
vacibliyini vurğulayaraq, bu əməkdaşlığın hər iki xalqın rifahı naminə önəm
daşıdığını bildirib. O, eyni zamanda, Nəcəful-Əşrəfdə dini təhsil alan tələbələrə
xüsusi diqqət göstərilməsinin və onların elmi-dini yoluna davam edə bilmələri
üçün lazımi şəraitin və asanlıqların yaradılmasının vacibliyini qeyd edib. Öz növbəsində, Hindistan səfirliyinin nümayəndə heyəti tələbələrin
və Hindistan icmasının İraqdakı işlərinin qayğısına qalmaq üçün səfirliyin
maksimum səylə çalışdığını bildirib. Onlar, xüsusilə də, dini elmlər tələbələri
və ziyarətə gələn hindistanlı vətəndaşlara göstərilən dəstəyi vurğulayıblar. Görüşün sonunda nümayəndə heyəti Nəcəf mərcəiyyətinin tələbələrə
və zəvvarlara göstərdiyi xidmətlərə görə dərin təşəkkür və minnətdarlıqlarını
bildiriblər. Qeyd edək ki, nümayəndə heyətinə aşağıdakı şəxslər daxil
idi: Konsulluq və icma məsələləri üzrə ikinci katib cənab A.K. Nəğəm, Konsulluq və icma məsələləri üzrə ikinci katib cənab M.
Nand Kumar, Siyasi və ticarət məsələləri üzrə ikinci katib cənab Tuşar
Kant Yonyal.
|