Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisinin nümayəndəsi, Bəsrə şəhərində gənclər üçün intellektual seminarlar keçirir 9/7/2025 ![]() |
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi
davamlı olsun) ofisinin nümayəndəsi, Bəsrə şəhərində, müqəddəs imam Hüseyn (ə.s)
hərəmin ilə əməkdaşlığ edərək, gənclər üçün dini və intellektual seminarlar
silsiləsini təşkil edib. Bu seminarların məqsədi dini şüurun möhkəmləndirilməsi,
gənclər arasında dini maarifləndirmə və təbliğatın artırılmasıdır. Bu seminarlar haqqında açıqlama verən hörmətli Muhəmməd
Cabiri, onların İslam əqidəsinin gücləndirilməsi, yüksək əxlaq və prinsipial dəyərlərin
gənclərin qəlbində möhkəmləndirilməsi məqsədini daşıdığını bildirib. O, gənclərin
çağdaş dövrün çətinlikləri və sosial düşüncə tərzinin dəyişkənliyi ilə mübarizə
aparmaları üçün intellektual bacarıqlarının inkişaf etdirilməsinin vacibliyini
vurğulayıb. Hörmətli Cabiri, seminarların imam Hüseyn (ə.s) hərəkatının
cəmiyyətin şüurunun formalaşmasındakı əhəmiyyətinə, ədalət və ləyaqət dəyərlərinin
gücləndirilməsinə və zalımlığa qarşı mədəniyyətli mübarizənin təşviqinə yönəldiyini
qeyd edib. O, Kərbəlada baş verənlərdən sosial aspektin də siyasi və dini
aspektlər qədər əhəmiyyətli olduğunu və imam Hüseyn (ə.s) hərəkatının uğurunda əsas
amil olduğunu bildirdi. Həmçinin, bu hərəkatın İslam dünyasında davamlı islahat
hərəkatları üçün ilham qaynağı olduğunu əlavə etdi.
Sözlərini yekunlaşdırarkən, hörmətli Cabiri, imam Məhdiyə (ə.f), mərcəi-təqlidlərə və İslam ümmətinə, xüsusən Əhli-beyt (ə.s) ardıcıllarına, imam Hüseynin (ə.s) Aşura günündə şəhadətini və qanının qılıncı məğlub etməsini xatırladaraq, başsağlığı verib. |