Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Ofisinin Bağdad şəhərindəki nümayəndəsi Muhərrəm ayının ikinci on günlüyündə əzadarlıq mərasimləri keçirdi 9/7/2025 ![]() |
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi
davamlı olsun) ofisinin Bağdad şəhərindəki nümayəndəsi, Cəmilə məhəlləsində
yerləşən Ənsar hüseyniyyəsində Muhərrəm ayının ikinci on günlüyü münasibətilə əzadarlıq
mərasimləri təşkil etdi. İmam Hüseyn (ə.s) əzadarlığı məclisləri zamanı hörmətli
doktor Seyid Əhməd Yasiri bir çıxış edərək bildirdi ki, imam Hüseynin (ə.s) Kərbəla
torpağında şəhid olması hamımız üçün onun qiyamından ilham almağı zəruri edir.
Bu ilham iman dəyərləri və bəşəri düşüncənin inkişaf prinsipləri əsasında
olmalı, qardaşlıq, ədalət və zülmə, istibdada və qara terrora qarşı durmaq kimi
ali məqsədlərlə mədəni bir cəmiyyət qurmağa yönəlməlidir. Biz bunu imam
Hüseynin (ə.s) mövqeyindən, davranışından və pak Muhəmmədi (s) cihad nümunələrindən
götürməliyik. O, zülmü rədd edərək haqqı müdafiə etmişdir. O, həmçinin vurğuladı ki, imam Hüseynin (ə.s) şəxsiyyətini
diqqətlə və dərin düşüncə ilə öyrənmək lazımdır — istər onun qiyamı, istərsə də
Muhərrəm ayının onuncu günü şəhid olması baxımından. O fədakarlıqları
tanımalıyıq ki, ədalət dəyərlərini ucaldıb. O əlavə etdi: “Əgər biz imam
Hüseynin (ə.s) cəbhəsində olmaq istəyiriksə, onun qiyamının dəyərləri, ədəbi və
əxlaqı ilə bəzənməliyik. O, hər iki dünyanın səadətinə çatmaq üçün ən gözəl
nümunədir, inşallah".
Eyni zamanda, doktor Yasiri imam Zamana (ə.f), mərcəi-təqlidlərə və İslam ümmətinə, xüsusilə Əhli-beyt (ə.s) davamçılarına, imam Hüseynin (ə.s) Aşura şəhadətinin və qanın qılınc üzərindəki zəfərinin ildönümü münasibətilə dərin hüzn və başsağlığı çatdırdı. |