Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) təmsilçisi Hill şəhərindən bildirir: Ərbəin ziyarəti – həqiqi İslamın, sülhün və məhəbbətin mesajıdır 11/8/2025 ![]() |
Ayətullah əl Üzma Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı
olsun) təmsilçisi və Nəcəf-Əşrəfdəki mərkəzi ofisinin müdüri Şeyx Əli Nəcəfi,
Müqəddəs Kərbəlaya doğru hərəkət edən zəvvarların yürüşündə Babil vilayətinin
Hilla şəhərində iştirak edib. O, Hüseyniyyə və mokiblərilə yanaşı, qəbilə şeyxləri,
nüfuzlu şəxslər və yürüşdə iştirak edən möminlərlə də görüşlər keçirib. Görüş zamanı etdiyi çıxışlarda Şeyx Əli Nəcəfi vurğulayıb
ki, Ərbəin ziyarəti İraq sərhədlərini aşan bir sülh və məhəbbət mesajı daşıyır.
Bu ziyarət, imam Hüseynin (ə.s) çağırış etdiyi ədalət, azadlıq və insani ləyaqət
kimi dəyərlərin bütün dünyaya parlaq bir simvolla çatdırılmasıdır. O, əlavə edib ki, Ərbəin yürüşü insanların bir-birinə
yardım və həmrəylik ruhunu əks etdirir və iraqlı cəmiyyətin müxtəlif millətlərdən
olan zəvvarları qəbul edərkən nümayiş etdirdiyi yüksək mənəviyyatı göstərir. Bu
ziyarət artıq dünya miqyasında bir tanışlıq və həqiqi Muhəmmədi İslam prinsiplərinin
təcəssümü üçün bir minbərə çevrilmişdir. Hörmətli mərcəi-təqlidin təmsilçisi həmçinin vurğulayıb ki,
bu ziyarət zamanı ön plana çıxan qardaşlıq və əməkdaşlıq ruhunu qoruyub
saxlamaq və onu cəmiyyət həyatında daimi bir davranış modelinə çevirmək
vacibdir. Bu, imam Hüseynin (ə.s) əbədi qiyamının istədiyi müsbət təsirləri
gerçəkləşdirmək üçün əsas şərtlərdəndir.
|