Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Cəfəri Elmləri Xəzinəsi Universitetindən gələn nümayəndə heyətini qəbul etdi 23/8/2025 ![]() |
Onun buyuruğu: “Bir insanı hidayət etmək bütün dünya və
ondakı nemətlərdən daha xeyirlidir". Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı
olsun) Nəcəful-Əşrəfdəki mərkəzi ofisində Cəfəri Elmləri Xəzinəsi
Universitetinin müəllimlərindən ibarət nümayəndə heyətini qəbul etdi. Heyətə Höccətül-islam Şeyx Muhəmməd Kazım Rza Naqəvi, Höccətül-islam
Şeyx Həsəneyn Rza Əsgəri, Höccətül-islam Şeyx Muhəmməd Əsgəri Məqdəsi və Höccətül-islam
Şeyx Kazım Əli Heydəri daxil idi. Görüş zamanı hörmətli mərcəi-təqlid (kölgəsi davamlı olsun)
cəmiyyətdə alimlərin üzərinə düşən böyük məsuliyyəti vurğuladı və onların ən
mühüm vəzifələrindən birinin insanları haqq yoluna yönəltmək və hidayət etmək
olduğunu qeyd etdi. O, buyurdu: “Bir insanı hidayət etmək, dünya və onun içindəkilərdən
daha xeyirlidir". Nümayəndə heyətinin üzvləri həmçinin Ayətullah əl Üzma Şeyx
Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) səhhəti ilə maraqlandılar,
Allah-taaladan onun daim müvəffəqiyyətli və uzun ömürlü olmasını dilədilər və
bu dəyərli vaxtı və bərəkətli görüş fürsətini onlara ayırdığına görə dərin təşəkkür
və minnətdarlıqlarını bildirdilər.
|