Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Filippindəki din xadimləri və hövzə məktəblərinin təsisçilərindən ibarət nümayəndə heyətini qəbul etdi 21/8/2025 ![]() |
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı
olsun) İraqdakı Əhli-beyt imamlarının (ə.s) hərəmlərini ziyarət edən Filippinli
din xadimləri və hövzə məktəblərinin qurucularından ibarət nümayəndə heyətini qəbul
etdi. Hörmətli mərcəi-təqlid (kölgəsi davamlı olsun) nümayəndə
heyətini ziyarət ibadətlərini yerinə yetirdiklərinə görə təbrik edərək,
Qurani-Kərimi tanımağın, onun elmlərinə dərindən yiyələnməyin və Əhli-beytin (ə.s)
yoluna möhkəm sarılmağın zəruriliyini vurğuladı. Həmçinin bildirdi ki, iki dəyərli əmanətə – Allahın
Kitabına və Peyğəmbərin (s) itrətinə bağlı qalmaq, haqqı tutmaq və İslamın əsil,
həqiqi Muhəmmədi yolunda möhkəm addımlamaq deməkdir.
|