Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Pakistandakı Müsəlmanların Birliyi Hərəkatının baş katibini qəbul etdi 21/8/2025 ![]() |
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi
davamlı olsun) Nəcəful-Əşrəfdə Pakistandakı Müsəlmanların Birliyi Hərəkatının
baş katibi, senator alim Nasir Abbas Cəfəri və onu müşayiət edən nümayəndə heyətini
qəbul etdi. Görüş zamanı Nəcəful-Əşrəfdəki hövzə elminin mövqeyi,
onun elmi və tarixi rolu, yetişdirdiyi böyük elm və maarif sahibləri, eləcə də
bu dövrdə alimlərin üzərinə düşən məsuliyyətlər müzakirə olundu.
Öz növbəsində alim Cəfəri, hörmətli mərcəii-təqlidi
(kölgəsi davamlı olsun) İslam ümməti üçün ümumilikdə, xüsusilə Hind
yarımadasının müsəlmanları üçün böyük bir nemət adlandıraraq, onun
mövcudluğunun ümid mənbəyi olduğunu, ofisinin isə İslam ümməti üçün birləşdirici
bir çətir sayıldığını vurğuladı.
O, sözlərini belə tamamladı: “Bizim izzətimiz və şərəfimiz sizdəndir” – deyə hörmətli mərcəi-təqlidə (kölgəsi davamlı olsun) təşəkkürünü və minnətdarlığını bildirdı. |