Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndəsi Vasit şəhərində imam Həsən Əskərinin (ə.s) həyatı və həyat yolu haqqında mühazirə keçirdi

Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndəsi Vasit şəhərində imam Həsən Əskərinin (ə.s) həyatı və həyat yolu haqqında mühazirə keçirdi

4/9/2025




Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Vasit şəhərinin Nomaniyyə qəsəbəsində imam Həsən Əskəri (ə.s) haqqında elmi mühazirə təşkil etdi. Tədbirdə bir qrup mömin və dini elm tələbələri iştirak etdi.

Mühazirə zamanı Seyid Haşim Yasiri açıqladı ki, imam Əskəri (ə.s) atasının – imam Hadinin (ə.s) şəhadətindən sonra imamət məqamını öz üzərinə götürdü və təxminən altı il müddətində imamət öhdəliyini yerinə yetirdi. Bu müddətdə o, risalət əhli üçün ən ağır şəraitdə və ən çətin günlərdə böyük məsuliyyətlərini icra etdi. Abbasilər imamın ümmət içində yüksək mövqeyini, Allah dərgahındakı uca dərəcəsini və onun pak nəslindən imam Məhdi Sahibuz-Zamanın (ə.f) dünyaya gələcəyini anlayaraq, ona xüsusi diqqət yetirirdilər.

O həmçinin qeyd etdi ki, zalım Abbasi hakimiyyəti imam Əskərinin (ə.s) ardınca düşərək onu ciddi nəzarət altında saxlayır, bütün hərəkətlərini izləyirdi. Məqsəd İmamın (ə.s) elmi və siyasi fəaliyyətini dayandırmaq, ümmət arasında rəhbərlik rolunu icra etməsinə mane olmaq idi. Nəhayət, sui-qəsd planı ilə ona zəhər verildi və o, Allah dərgahına şəhid olaraq qovuşdu.

Mühazirənin sonunda Seyid Yasiri imam Zamanın (ə.f), böyük alimlərin və ümumilikdə Əhli-beyt (ə) davamçılarının hüzuruna bu böyük müsibət münasibətilə başsağlığı verdi və dedi:

"Ona salam olsun – doğulduğu gün, Rəbbinin risaləti yolunda cihad etdiyi gün, şəhid olduğu gün və dirildiləcəyi gün".