Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndəsi Bağdad şəhərində imam Həsən Əskərinin (ə.s) şəhadətini anmaq üçün əzadarlıq məclisi təşkil edib 4/9/2025 ![]() |
Bağdad şəhərinin Cəmilə məhəlləsində yerləşən “Ənsar”
hüseyniyəsində Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı
olsun) nümayəndəsi imam Həsən Əskərinin (ə.s) şəhadəti münasibətilə əzadarlıq məclisi
təşkil edib. Məclisdə möminlər və dini elmlər tələbələri iştirak ediblər. Məclisdə çıxış edən doktor Əhməd Yasiri imam Həsən Əskərinin
(ə.s) həyat yolundan bir hissəni xatırladaraq bildirib ki, Həzrətin dövründə
Əhli-beyt (ə.s) məktəbi elm, maarifçilik və İslam şəriətini müdafiə ilə dolu
idi. Onun seçilmiş səhabələri, hədis rəvayətçiləri və məktəbinin istedadlı tələbələri
bu yolda mühüm xidmətlər göstəriblər. Dr. Yasiri əlavə edib ki, imam Həsən Əskəri (ə.s) yaşadığı
ağır siyasi şəraitə baxmayaraq, dini müdafiə etməkdə, bidətlərlə mübarizədə və
tərəddüdə düşən, şübhəyə qapılan insanları hidayət edib imana gətirməkdə qətiyyətli
olmuşdur. Bu isə Abbasi xəlifəsi Mütəvəkkilin diqqətini cəlb etmiş, xalqın
İmama (ə.s) böyük ehtiram göstərməsi onu narahat etmişdi. Nəticədə, ona zəhər
içirərək sui-qəsd təşkil edilmiş və İmam (ə.s) təmkinlə, səbir və şükür içində
şəhadətə qovuşmuşdur. Həzrət şəhadətə qovuşanda otuz yaşını belə tamamlamamışdı. Dr. Yasiri məclisin sonunda imam Zamana (ə.f), böyük alimlərə
və bütün Əhli-beyt (ə.s) tərəfdarlarına bu böyük müsibət münasibətilə
başsağlığını çatdıraraq, belə söyləmişdir:
“Salam olsun Ona – doğulduğu gün, Rəbbinin risalətini qorumaq yolunda cihad etdiyi gün, şəhid olduğu gün və dirildiləcəyi gün". |