Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndəsi Bağdad şəhərində mübarək Quran məclislərinin keçirilməsini davam etdirir 4/9/2025 ![]() |
Bağdad şəhərinin Seyyidiyyə məhəlləsində yerləşən
“Əshabul-Kisa” (ə.s) məscid və hüseyniyəsində Ayətullah əl Üzma Şeyx Bəşir
Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndəsi gündəlik mübarək Quran məclislərinin
keçirilməsini davam etdirir. Bu məclislərdə möminlər və dini elm tələbələri
iştirak edirlər. Şeyx Əbdürrəsul Əttar bu mübarək Quran məclislərinin
keçirilməsi barədə danışarkən deyib: “Onların əhəmiyyəti
bizim daim ilahi hikmətə üz tutmağa olan ehtiyacımızdan, bu müqəddəs əməl vasitəsilə
əldə edilən ruhi dərinlik və həqiqi həyat duyğusunu hiss etməkdən irəli gəlir.
Bununla yanaşı, bu məclislər Allah-taalanın ayələri üzərində təfəkkür etmək,
hökmləri öyrənmək və Allahın bəndələrə vacib buyurduğu savab və cəza məsələlərini
dərk etmək imkanı yaradır". O əlavə edib ki, Quran tilavətinin fəziləti
saysız-hesabsızdır və belə məclislərin keçirilməsi tərbiyəvi, elmi və əxlaqi
mühit formalaşdıraraq iştirakçıların əxlaq, davranış və dəyərlərinin tədricən
yaxşılaşmasına təsir göstərir.
Şeyx Əttar Quran məclislərinin ümmət mədəniyyətini möhkəmləndirməkdə və onun şüurunun dərinləşməsində mühüm rol oynadığını vurğulayıb. |